Lonseston
From Wikipedia, the free encyclopedia
Lonseston (ing. Launceston, tələffüzü - [ˈlɒnsəstən])[2] — Avstraliyanın Tasmaniya adasının şimal kəsiyində, Şimali Esk və Cənubi Esk çaylarının birləşib Tamar çayını əmələ gətirdiyi yerdə yerləşən liman şəhəri. Hobart şəhərindən sonra Tasmaniyanın ikinci ən böyük şəhəridir.[3] Əhalisi 106.153 nəfərdir. Avstraliyanın ən böyük 9-cu qeyri-paytaxt şəhəridir. Tasmaniyanın sahildə yerləşməyən yeganə şəhəridir.
Şəhər | |
Lonseston | |
---|---|
ing. Launceston | |
41°26′40″ c. e. 147°08′16″ ş. u. | |
Ölkə | Avstraliya |
Rayon | Tasmaniya |
Mer | Albert Van Zetten |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1806 |
Sahəsi | 91.1 km² |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | UTC+10 |
Əhalisi | |
Əhalisi | 106 153[1] nəfər (2011) |
Rəsmi dili | ingilis dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 7250 |
Digər | |
launceston.tas.gov.au/lcc/ (ing.) | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əsası 1806-cı ilin martında avropalılar tərəfindən qoyulmuşdur. Avstraliyanın ən qədim şəhərlərindən biri olduğundan bir çox tarixi tikiliyə ev sahibliyi edir. Şəhər öz adını Böyük Britaniyanın Lonston qəsəbəsindən almışdır. Şəhərdə bəzi ilklər gerçəkləşmişdir. Cənub yarımkürəsində ilk anestetik burada istifadə edilmişdir, Avstraliyanın kanalizasiya sisteminə sahib olan ilk şəhəridir. Şəhərdə mülayim iqlim hakimdir.