Müqəddəs Ruh kilsəsi (Bern)
Bern / From Wikipedia, the free encyclopedia
Müqəddəs Ruh kilsəsi (alm. Heiliggeistkirche) – Bernin mərkəzində, Şpitalqasse adlanan döngədə yerləşən orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən yevangelik-reformator kilsəsi. Kilsə Müqəddəs Ruh ordeninin bilavasitə səyi nəticəsində öz hazırkı görünüşünü əldə etmişdi. Dini xidmətləri ilə yanaşı hazırda kilsə binası sərgi, konsert, danışıqlar və digər tədbirlər üçün istifadə olunur[1]. Şpitalqasse 44-də yerləşən Löbegge ilə müqayisədə, bu kilsə Dəmiryol meydanının əsas memarlıq kompozisiyasını təşkil edir. 1865-ci ilə kimi kilsə Kristoffelturm qülləsindən qərbdə yerləşirdi. 1860-cı ildə Bern şəhərində ilk bütün lazımi qaydalara uyğun dəmir yolu stansiyasının məhz Müqəddəs Ruh kilsəsinin arxasında inşa olunması qərara alınmışdır.
Cəld faktlar Ölkə, Şəhər ...
Müqəddəs Ruh kilsəsi | |
---|---|
Heiliggeistkirche | |
46°56′53″ şm. e. 7°26′27″ ş. u. | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Şpitalqasse |
Aidiyyatı | Reformasiya kilsəsi |
Tikilmə tarixi | 1726 |
Üslubu | Barokko memarlığı |
Rəsmi sayt | heiliggeist.refbern.ch |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla