Müqəddəs Ruh
From Wikipedia, the free encyclopedia
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti.
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
| |||||||||||
Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır:
"Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu".[1]
Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.