Nadiyə Murad
From Wikipedia, the free encyclopedia
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه; 10 mart 1994, Koço[d], Neynəvə mühafəzəsi[1][2])[3] Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi.[4][5] 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən tutulur.[6]
Nadiyə Murad | |
---|---|
ərəb. نادية مراد | |
Doğum tarixi | 10 mart 1994(1994-03-10) (30 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | mühazirəçi[d], aktivist, siyasi fəal[d] |
Fəaliyyət illəri | 2014-cü ildən |
nadiasinitiative.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq və yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır.[7] 2018-ci ildə insan haqları üzrə fəallar Nadiyə Murada və Denis Mukveqeyə "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh Mükafatına layiq görüldülər.