PostgreSQL
From Wikipedia, the free encyclopedia
PostgreSQL (/ˈpoʊstɡrɛs ˌkjuː ˈɛl/, POHST-gres kyoo el)[6][7] — genişlənəbilmə və SQL uyğunluğunu vurğulayan pulsuz və açıq mənbəli relyasiyalı verilənlər bazası idarəetmə sistemi (RDBMS). Berkli Kaliforniya Universitetində hazırlanmış Ingres verilənlər bazasının davamçısı olaraq POSTGRES adlandırılıb.[8][9] 1996-cı ildə layihə SQL dəstəyini əks etdirmək üçün PostgreSQL olaraq adlandırıldı. 2007-ci ildə tərtibatçılar ad olaraq PostgreSQL, ləqəb olaraq isə Postgres istifadə etməyə qərar verdi.[10]
PostgreSQL | |
---|---|
Tipi | relyasiyalı verilənlərin idarəolunması sistemi |
Repozitoriya | git.postgresql.org/gitwe… |
Proqramlaşdırma dili | C[1][2] |
Əməliyyat sistemi | FreeBSD[3], OpenBSD[3], Linux[3], macOS[3], Solaris[3], Microsoft Windows[3], Unix bənzəri |
Yayımlanma tarixi | 1996 |
Sonuncu versiya | |
Sayt | postgresql.org |
Vikianbarda əlaqəli mediafayllar |
PostgreSQL atomiklik, ardıcıllıq, izolyasiya, davamlılıq (ACID) xüsusiyyətləri, avtomatik yenilənən nəticələr, materiallaşdırılmış nəticələr, triggerlər, xarici açarlar və saxlanılan prosedurlarla əməliyyatlar edir.[11] O şəxsi istifadədən tutmuş verilənlər xəzinəsinə və ya çoxlu eynianlı istifadəçisi olan veb xidmətlərə qədər bir sıra iş yükünü idarə etmək üçün nəzərdə tutulub. Postgres macOS Server üçün standart verilənlər bazasıdır.[12][13][14][15] Eyni zamanda Linux, FreeBSD, OpenBSD və Windows üçün də mövcuddur.