Praqa Loretası
From Wikipedia, the free encyclopedia
Praqa Loretası (çex. Pražská Loreta) - Çexiyanın paytaxtı Praqa şəhərinin Hradçanı rayonunun Loreta meydanının şərq hissəsində yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə eyni anda müqəddəs Məryəmin daxmasını və Loreta xəzinəsini də özündə birləşdirən Loreta monastır kompleksinin tərkibinə daxildir. Bu dini ziyarətgah İtaliyada yerləşən eyniadlı şəhərin şərəfinə adlandırılmışdır. 1626-ci ildə yarandığı ilk gündən başlayaraq, Praqa Loretası insanlar tərəfindən ziyarət olunan əsas yerlərdən birinə çevrilmişdir. Bütün bu dini kompleksin mirvarisi Casa Santa'nın (yəni Müqəddəs Evin) surəti sayılır. Əfsanəyə görə Nazaretdə yerləşən məhz bu evdə müqəddəs Məryəm yaşayırdı və XIII əsrdə mələklər bu evi İtaliyaya öz qanadlarında aparmışdılar.
Praqa Loretası | |
---|---|
çex. Kostel Narození Páně (Loreta) | |
50°05′22″ şm. e. 14°23′31″ ş. u. | |
Ölkə | Çexiya |
Yerləşir |
Hradçanı Praqa |
Aidiyyatı | Roma-Katolik kilsəsi |
Memar | Covanni Batisto Orsi |
Sifarişçi | Lobkovitzli Katerjina |
Tikilmə tarixi | 1626-cı il |
Üslubu | Barokko memarlığı |
Rəsmi sayt | loreta.cz |
Çexiyanın milli irsi | |
İstinad nöm. | 1-961 |
Kateqoriya | Kilsə |
Vikianbarda əlaqəli mediafayllar |