Qabor Vona
From Wikipedia, the free encyclopedia
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi.[1]
Qabor Vona | |
---|---|
mac. Vona Gábor | |
Partiya rəhbəri[d] () | |
25 noyabr 2006 – 9 aprel 2018 | |
Partiya rəhbəri[d] () | |
Vəzifədədir | |
9 sentyabr 2023-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Zázrivecz Gábor |
Doğum tarixi | (45 yaş) |
Doğum yeri | Dyöndyöş, Macarıstan |
Milliyyəti | Macar |
Vətəndaşlığı | Macarıstan |
Təhsili | Eötvöş Lorand Universiteti |
İxtisası | Tarix |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 1 |
Dini | Roma-Katolik kilsəsi |
vonagabor.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir.
Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi.[1]