Qafqaz İslam Ordusu
Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər / From Wikipedia, the free encyclopedia
Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq[3][4] və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir.[5]
Qafqaz İslam Ordusu | |
---|---|
Növü | Quru qoşunları |
Yaranma tarixi | 10 iyul 1918[1] – 27 oktyabr 1918 [2] |
Ölkə | Dövləti Aliyyəyi Osmanlı |
Tabedir | Osmanlı ordusu |
Daxildir | Şərq Orduları qrupu |
Tərkibi | Anadolu türkləri, Azərbaycan türkləri, ləzgilər, gürcülər |
Vəzifəsi | Azərbaycanı və Şimali Qafqazın müsəlman xalqlarını xilas etmək |
Qərargah | |
Himayədarı | Ənvər Paşa |
Döyüşlər | |
Komandanlıq | |
Məşhur komandirləri | Nuru paşa |