Qustav Fexner
From Wikipedia, the free encyclopedia
Qustav Teodor Fexner (alm. Gustav Theodor Fechner; 19 aprel 1801[1][2][…] – 18 noyabr 1887[1][2][…], Leypsiq, Saksoniya[3][4][…]) — alman psixoloqu, dünyada ilk eksperimental psixoloqlardan biri[6], psixofiziologiya və psixofizikanın banisi. Onun fikirləri XX əsrin bir çox alim və filosoflarına, o cümlədən: Ernst Max, Vilhelm Vundt, Ziqmund Freyd və s. təsir etmişdir. Fexner formulunun yaradıcısı hesab olunur ki, bu da orqanizmlə psixika arasında elmi əsaslandırılmış əlaqənin mövcudluğunu sübut edir[7][8]. "Psixofizikanın elementləri" əsərində o, fiziki stimulun böyüklüyü ilə psixi proseslərin miqyası arasındakı əlaqəni izləmək üçün yol təklif edərək bunu "psixika-bədən" dualizmi probleminin həlli hesab etdi.
Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Qustav Fexner | |
---|---|
alm. Gustav Theodor Fechner | |
Doğum adı | Gustav Theodor Fechner |
Doğum tarixi | 19 aprel 1801(1801-04-19)[1][2][…] |
Vəfat tarixi | 18 noyabr 1887(1887-11-18)[1][2][…] (86 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla