UEFA Çempionlar Kuboku 1955/1956
From Wikipedia, the free encyclopedia
Çempionlar Kuboku 1955/1956 — UEFA-nın ali futbol turniri olan Çempionlar Kubokunun ilk mövsümü. Turnirin qalibi "Real Madrid" olmuşdur. Çempion, 13 iyun 1956-cı ildə Paris şəhərindəki Park de Prens stadionunda keçirilən finalda "Reyms" klubunu məğlub etmişdir. Çempionlar Kubokunun ilk beş mövsümündə iştirakçı klubları L'Équipe futbol qəzeti tərəfindən seçilirdi; klubların Avropada prestijli və tanınmış olmaları qəzetin əsas seçim məyarı idi.[1] İlkin seçilmiş komandalar içərisində İngiltərənin "Çelsi" klubuna ölkəsinin Futbol Assosiasiyası tərəfindən turnirdə iştirak etmək qadağası qoyulmuşdur, çünki qurum turniri yerli futbol yarışlarına maneə törədən kimi görürdü; Şotlandiya klubu "Aberdin" eyni səbəbdən iştirak edə bilməmişdir. Çelsinin yerinə turnirə Polşanın "Qvardiya Varşava" klubu qatıldı. Bundan əlavə, "Holland Sport", "Honvéd" və "AB" klubları müvafiq olaraq Niderland, Macarıstan və Danimarkanı təmsil etmək fürsətindən imtina elədilər, onların yerinə "PSV Eyndhoven", "Vörös Lobogó" və "Orhus" klubları (1997–98 mövsümünə qədər yerli liqanı udmadan və ya turnirin son qalibi olmadan Çempionlar Kubokuna vəsiqə qazanan sonuncu klublar oldular) çıxış etdilər. Bu, eyni zamanda 1957-ci ildə Qərbi Almaniyaya birləşdirilmiş Saarland təmsilçisinin iştirak etdiyi yeganə UEFA turniri idi.
UEFA Çempionlar Kuboku 1955/1956 | |
---|---|
1955/1956 Avropa Kuboku Avropa Çempionları Kuboku 1955/1956 | |
Yarış məlumatları | |
Başlama tarixi | 4 sentyabr 1955 |
Bitmə tarixi | 14 iyun 1956 |
Yekun nəticəsi | |
Çempion | Real Madrid FK (ilk qalibiyyəti) |
İkinci | Reyms |
Yarış statistikası | |
Oyun sayı | 29 |
Qol sayı | 127 (matç başına: 4.38) |
Tamaşaçı sayı | 900021 matç başına: 31035 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Miloş Milutinoviç (8 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
İlk tur cütlükləri təşkilatçılar tərəfindən təyin edildi və növbəti mövsümlərdən fərqli olaraq püşkatma baş tutmadı.