UEFA Çempionlar Kuboku 1957/1958
Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 3-cü mövsümü / From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Kuboku 1957/1958 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 3-cü mövsümü. Turnirin finalında İtaliyanın "Milan" klubunu əlavə vaxtda (90 dəqiqədən sonra hesabı 2–2 idi) məğlub edən İspaniyanın "Real Madrid" komandası qalib olmuşdur. Bu Madrid klubunun turnirdə ard-arda qazandığı 3-cü çempionluğu idi. Bununla birlikdə, 1957/1958 mövsümü "Mançester Yunayted" klubunun 8 oyunçusu öldüyü faciəli Münhen aviasiya qəzası ilə yadda qaldı; oyunçular Belqrad şəhərində keçirilən və 3–3 hesablı bərabərliklə bitən "Srvena Zvezda" ilə dörddəbir final mərhələsinin cavab oyunundan qayıdırdılar. İngiltərə çempionu yarımfinalda İtaliyanın "Milan" klubuna məğlub olaraq turniri tərk etdi.
UEFA Çempionlar Kuboku 1957/1958 | |
---|---|
1957/1958 Avropa Kuboku 1957/1958 Avropa Çempionları Kuboku | |
Yarış məlumatları | |
Tarix | 4 sentyabr 1957 – 28 may 1958 |
Başlama tarixi | 4 sentyabr 1957 |
Bitmə tarixi | 28 may 1958 |
Komanda sayı | 24 |
Yekun nəticəsi | |
Çempion | Real Madrid (3-cü dəfə) |
İkinci | Milan |
Yarış statistikası | |
Oyun sayı | 48 |
Qol sayı | 189 (matç başına: 3.94) |
Tamaşaçı sayı | 1906185 matç başına: 39712 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Alfredo Di Stefano (10 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Turnirdə ilk dəfə İrlandiya, Şimali İrlandiya və Şərqi Almaniya təmsilçiləri iştirak etdilər, Türkiyə isə yarışa heç bir klubunu göndərə bilmədi, çünki Türkiyə FF "Beşiktaş"ı püşkatma üçün qeydiyyata almağa gecikdi.[1] "Sevilya" son çempionatda ikinci yeri tutmasına baxmayaraq, turnirə dəvət aldı, çünki İspaniya çempionu "Real Madrid" turnirin son qalibi kimi avtomatik iştirak edirdi; iki İspaniya təmsilçisi 1/4 finalda qarşılaşdılar, bu da yarışda ilk hal idi ki. eyni ölkənin iki təmsilçisi bir-birinə qarşı oynuyurdular.
"Şemrok Rovers", "Stad Düdelanj", "Vismut Karl Marks Ştadt", "Sevilya", "Benfika", "Vaşaş", "Qlenavon", "Sent-Etyen", "Yanq-Boyz", "OME Buxarest", "Royal Antverpen", "Dukla Praqa" və "Ayaks" turnirdə ilk dəfə iştirak edirdlərsə, "Rapid Vyana" və "Real Madrid" üçün bu üçüncü idi.