UEFA Çempionlar Liqası 1994/1995
From Wikipedia, the free encyclopedia
Çempionlar Liqasının 1994/1995 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 40-cı mövsümü və "UEFA Çempionlar Liqası" rebrendinqindən sonra 3-cü mövsüm idi. Turnirin qalibi Hollandiya klubu Ayaks oldu. O, finalda oyunun sonlarında vurduğu qolla turnirin son qalibi Milanı məğlub etdi. Ayaks turnir boyu nə qrupda, nə də sonraki mərhələlərdə bir dənə də oyunu uduzmadı və 1973-cü ildən bəri Avropada ilk titulunu qazandı.
UEFA Çempionlar Liqası 1994/1995 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 10 avqust 1994 — 24 may 1995 |
Başlama tarixi | 10 avqust 1994 |
Bitmə tarixi | 24 may 1995 |
Komanda sayı |
16 (qrup mərhələsi) 24 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Ayaks (4-cü dəfə) |
İkinci | Milan |
Yarış statistikası | |
Oyun sayı | 61 |
Qol sayı | 140 (matç başına: 2.3) |
Tamaşaçı sayı | 2.328.515 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Corc Vea (7 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Avropa Kubokunun əvvəlki variantı ilə nisbətən turnirin formatına radikal dəyişikliklər edilmişdir, belə ki UEFA ilə AYİ arasında final oyunun yayım müqaviləsi bitdi və bu formatın ümumi icmalı üçün səbəb oldu, hansı ki maliyyə cəhətdən təmin olunmuş yeni özəl teleşirkətlərin marağını cəlb etdi. Bu il qrup mərhələsində dörd komandadan ibarət 4 qrup yaradılmışdır, bundan əvvəlki mövsümdə isə 2 qrupda dörd komanda mübarizə aparırdı. Həmçinin, bu ildə ilk dəfə səkkiz komanda pley-off mərhələsinə çıxdı və kiçik klubların Çempionlar Liqası əvəzinə UEFA Kubokunda iştirak etdiyi 3 mövsümdən birinci idi. Bundan başqa ilk dəfə idi ki, yarış ilk matçdan etibarən sona kimi UEFA çempionlar Liqası adı ilə tanınırdı, öncəki 2 mövsümdə UEFA Çempionlar Liqası ancaq birinci tur və final arasında baş verən oyunlara şamil olunurdu.
Keçmiş Yuqoslaviya Respublikası BMT-nin iqtisadi sanksiyalar səbəbindən ardıcıl üçüncü mövsüm iştirak edə bilmədi. Son çempion Milan klubu idi və o, finalda Ayaksa məğlub oldu.