UEFA Avro 2000
From Wikipedia, the free encyclopedia
Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı.
UEFA Avro 2000 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi |
Belçika Niderland |
Tarix | 10 iyun-2 iyul 2000 |
Başlama tarixi | 10 iyun 2000 |
Bitmə tarixi | 2 iyul 2000 |
Komanda sayı | 16 |
Stadion sayı |
Niderland: Amsterdam Arena (Amsterdam), Feyenoord (Rotterdam), Filips (Eyndhoven), Gelredom (Arnem) Belçika: Kral Boduen (Brüssel), Yan Breydel (Brügge), Moris Düfran (Lyej), Stad dü Pei de Şarlerua (Şarlerua) |
Yekun nəticəsi | |
Çempion | Fransa |
İkinci | İtaliya |
Üçüncü yer |
Portuqaliya Niderland |
Yarış statistikası | |
Oyun sayı | 31 |
Qol sayı | 85 (matç başına: 2.74) |
Tamaşaçı sayı | 1122833 matç başına: 36220 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Patrik Klüvert Savo Miloşeviç (hər ikisi 5 qol) |
Ən yaxşı oyunçu | Zinəddin Zidan |
← 1996 2004 → | |
Vikianbarda əlaqəli mediafayllar |
11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi.
Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı.
Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.
Çempionatın rəsmi himni E-Type adlı isveçli musiqiçinin "Campione 2000" mahnısı seçilmişdi.
Yarımfinallarda 4 güclü yığmanın qarşılaşmasına baxmayaraq çempionat bəzi favorit yığmalar üçün uğursuz keçdi. Onlardan bəziləri mübarizəni elə qrup mərhələsindəcə dayandırdılar. Bəzi oyunların taleləri son saniyələrdə bəlli oldu, bəzilərinin isə taleyini vurula bilməyən penaltilər müəyyənləşdirdi.[1]