Yasamal rayonu
Bakıda rayon / From Wikipedia, the free encyclopedia
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır.[3] Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.
Yasamal rayonu | |
---|---|
40°22′47″ şm. e. 49°48′26″ ş. u. | |
Ölkə | |
Başçı | Elşad Həsənov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1932 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 12 |
Poçt indeksi | AZ1005[2], AZ1006[2], AZ1009[2], AZ1011[2], AZ1012[2], AZ1017[2] |
Nəqliyyat kodu | 10, 90, 99 |
Digər | |
yasamal-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.
Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.
Rayon əhalisinin sayı 245 900 nəfərdir. Rayon ərazisində 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 5497 ailə — 20 550 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir:
Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.
Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 30 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3076 nəfər, şagirdlərin sayı isə 29 643 nəfərdir.
Metropolitenin "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 Yanvar " metro stansiyaları rayon ərazisindədir.
"Sovetski", "Kubinka" və "Papanin" kimi köhnə Dağlı məhəllələri də məhz Yasamal rayonunun ərazisində yerləşir.
Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.
Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi — 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək — 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.[4]