Yeni Azərbaycan Partiyası
Azərbaycanda hakim siyasi partiya / From Wikipedia, the free encyclopedia
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya.
Yeni Azərbaycan Partiyası | |
---|---|
Sədri | İlham Əliyev |
Qurucu | |
Sədr müavinləri |
Mehriban Əliyeva Tahir Budaqov Əli Əhmədov |
Quruluş tarixi | 21 noyabr 1992 |
Qeydiyyat tarixi | 18 dekabr 1992 |
Birləşən |
Azərbaycan Demokratik Sahibkarlar Partiyası (2021) Azərbaycan Xalq Demokratik Partiyası (2021) Azərbaycan Kəndli Partiyası (2021) Azərbaycan Milli Hərəkat Partiyası (2021) Azərbaycan Yurddaş Partiyası (2021) Milli Qurtuluş Partiyası (2021) |
Baş qərargah | Sergey Senyuşkin küç. 26 |
İdeologiya | Azərbaycan milliyətçiliyi, dövlətçilik, dünyəvilik, Avropa skeptisizmi, sosial mühafizəkarlıq[d] |
Üzvlüyü | Məşvərət Məclisi |
Gənclər təşkilatı | Yeni Azərbaycan Partiyası Gənclər Birliyi |
Üzv sayı | 720 830[1] (2023) |
Şüar |
Dünənin, bugünün və gələcəyin partiyası! Güclü dövlət, yüksək rifah! (2010)[2] Yeni Hədəflərə Doğru (2015)[3] Xalq üçün (2019)[4] Daha güclü Azərbaycan naminə! (2020)[5] Azərbaycanın gələcəyinə səs ver! (2020) |
Rəngləri | Göy-ağ |
Kabinetdə |
10 / 37 |
AŞPA-da |
4 / 648 [lower-alpha 1] |
Milli Məclisdə |
68 / 125 |
Ali Məclisdə |
41 / 45 |
Bələdiyyə üzvləri |
10.411 / 15.156 |
Saytı | yap.org.az |
Vikianbarda əlaqəli mediafayllar |
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.[6]
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.
1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.
2024-cü ilin may ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 730 min nəfərdən çox üzvü var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Yeni Azərbaycan Partiyasının üzvlərinin 49.2%-i kişi, 50.8%-i isə qadın olmuşdur.[7]