Yer qabığı
From Wikipedia, the free encyclopedia
Yer qabığı — Yerin bərk cisminin səth təbəqələri kompleksidir. "Qabıq" ifadəsi XIX əsrdən qalmışdır. O zaman Pyer Simon Laplasın kosmoqonik və Eduard Züssün geoloji fərziyyələrinə əsasən belə hesab olunurdu ki, Yer qızmar maddədən əmələ gəlmişdir. O, soyuyan zaman səthində bərk qabıq yaranmışdır.
Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənirlər: Ona görə də materik və okean tipli Yer qabığını fərqləndirmək qəbul olunmuşdur.
Müasir elm hesab edir ki, Yer qabığı mantiyadan ayrılmışdır. Eyni zamanda mantiyanın differensasiyası prosesində su ayrılmışdır, müasir vulkan lavalarında olduğu kimi bazalt maqmasının həcminin 7-8 %- ni təşkil etmişdir [1].