Çelyabinsk
From Wikipedia, the free encyclopedia
Çelyabinsk — Rusiyada böyük şəhər, Çelyabinsk vilayətinin inzibati mərkəzi.Qərbdə Trans-Sibir Dəmiryolunun başlanğıc nöqtəsi, Ural Federal Dairəsinin ikinci ən böyük mədəni, iqtisadi, biznes və siyasi mərkəzidi. Əhalisi - 1 182 517 nəfərdir. (2023)
Şəhər | |||||
Çelyabinsk | |||||
---|---|---|---|---|---|
Челябинск | |||||
|
|||||
55°09′ şm. e. 61°24′ ş. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1736 | ||||
Sahəsi | 500.9 km² | ||||
Mərkəzin hündürlüyü | 220 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 351 | ||||
Poçt indeksi | 454000–454999 | ||||
Nəqliyyat kodu | 74, 174, 774[1] | ||||
Digər | |||||
cheladmin.ru | |||||
Xəritəni göstər/gizlə
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Ural və Sibirin geoloji sərhədində, Rusiyanın Asiya hissəsində, Ural dağlarının şərq yamacında, Miassın hər iki sahilində (Tobol hövzəsi) yerləşir.1736-cı ildə qala kimi əsası qoyulan Çelyabinsk 19-cu əsrdə Uralın, 19-cu əsrin sonunda isə bütün Rusiyanın ən böyük ticarət mərkəzlərindən birinə çevrildi.1892-ci ildə şəhərin Moskva ilə dəmir yolu əlaqəsi yarandı.Birinci beşilliklər ərzində Çelyabinskdə sənaye müəssisələrinin fəal tikintisi, sonra isə Böyük Vətən Müharibəsi illərində fabriklərin tikilməsi ilə əlaqədar olaraq, şəhər SSRİ-nin ən böyük sənaye mərkəzlərindən birinə çevrildi. Müharibə dövründə tankların və digər döyüş maşınlarının istehsalı, eləcə də qələbəyə əhəmiyyətli dərcədə verdiyi töhfə sayəsində Çelyabinsk "Əmək Şücaəti Şəhəri" adına layiq görüldü və şəhərin özü də məşhur "Tankograd" qeyri-rəsmi adını aldı.
1990-2000-ci illərdə şəhərin bir sıra sənaye müəssisələri ağır iqtisadi vəziyyətə görə fəaliyyətini dayandırdı, bu da 2020-ci illərdən etibarən Çelyabinskdə ekologiya sahəsində çətinliklərin yaşanmasına səbəb oldu.[2][3] Buna baxmayaraq, Çelyabinsk Uralın ən böyük sənaye mərkəzlərindən biridir, burada sənaye ümumi bələdiyyə məhsulunun demək olar ki, 40% -ni təşkil edir.