Ölkə
From Wikipedia, the free encyclopedia
Ana vətən ilə səhv salmayın.
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir.[1]
Bu məqalə qaralama halındadır. |