İnformasiya
bir şey haqqında bilik, xəbərdarlıq / From Wikipedia, the free encyclopedia
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir. Siz simvollar yığınının nə ifadə etdiyini bilirsinizsə, o, informasiya olur. Məsələn, '19091985' hər hansı malın kodu, yaxud kiminsə doğum tarixi (19 sentyabr 1985) ola bilər. Onun mənasını bildikdə o, sizin üçün informasiyaya çevrilir.
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. Xahiş olunur, mətni nəzərdən keçirin və yeni mənbələr əlavə edərək məqaləni zənginləşdirin. Əlavə məlumat üçün səhifənin müzakirə səhifəsinə yaza bilərsiniz. Lütfən, müzakirələr davam etdiyi müddətdə şablonu məqalədən çıxarmayın. |
Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.
İnformasiya kompyuterlərdə daha çoxdur
İnformasiyanın aşağıdakı növləri vardır:
- Mətni;
- Ədədi;
- Audio;
- Qrafiki;
- Məntiqi;
- Video;
- Multimedia;
- Radiodalğalar.