Əməvi məscidi
From Wikipedia, the free encyclopedia
Əməvi məscidi (ərəb. جامع بني أمية الكبير Jāmi' Banī 'Umayya al-Kabīr), Şam Cümə məscidi kimi də adlandırılan məscid Şam şəhərinin qədim şəhər hissəsində yerləşir və dünyanın ən böyük və ən qədim məscidlərindən biridir.
Əməvi məscidi | |
---|---|
ərəb. جامع بني أمية الكبير | |
33°30′41″ şm. e. 36°18′24″ ş. u. | |
Ölkə | Suriya |
Şəhər | Şam |
Yerləşir | Dəməşq[1] |
Aidiyyatı | Əməvilər xilafəti |
Tikilmə tarixi | 715 |
Uzunluğu |
|
Eni | 50 m |
Minarələri | 3 |
Günbəzləri | 1 |
Material | mərmər, daş[d] |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
634-cü ildə Şam şəhərinin Ərəblər tərəfindən alınmasından sonra, Roma İmparatoru I Konstantin dövründə Yahya peyğəmbər şərəfinə tikilən Xıristiyan bazilikası, Ebu Ubeyde bin Cerrahın başçılığı ilə 635-ci ildə bəzi dəyişiklər edilərək məscid kimi istifadə edilirdi. Yetmiş il ərzində həm kilsə, həm də məscid kimi iki dinin ibadətxanası olmuş bina müsəlman əhalinin zaman keçtikcə artması ilə əlaqəli tamamilə məscidə çevrilmişdir.
Məsciddə bu gün hələdə qorunan Yahya peyğəmbərin qəbri və türbəsi kimi müqəddəs abidələri mühafizə edilir.Həmçinin məscidin içində Şiəlik üçün dəyərli əsərlər vardır. Məscidin şimal hissəsinə əlavə edilmiş balaca bir bağcada Səlahəddin Əyyubinin türbəsi tikilmişdir.
Orijinal planı ilə bu günə qədər öz gözəlliyini saxlaya bilən Şam Əməvi məscidinin tikilişindən sonra İslam dövlətlərində tikilən bütün məscidlərin memarlığına model olmuş bir binadır. Məscid memarlığına bir çox yeniliklər əlavə etmişdir.[2]
Məscidin bitki və həndəsi motiflərilə, şəhər və bina təsvirləridən meydana gələn möhtəşəm mozaik bəzəkləri də memarlıq sənətinin tarixi üçün mühüm yer tutur. Məscidin başqa bir xüsusiyyəti də İslam aləmində ilk dəfə ümumi ayaqyolu burada tikilməsi olmuşdur.