Əyyubsultan qəbiristanlığı
From Wikipedia, the free encyclopedia
Əyyub qəbiristanlığı (Əyyub Sultan qəbiristanlığı olaraq da tanınır) — İstanbulun Əyyub ilçəsində, Haliç sahilində olan məzarlıq. Əyyub səmti kimi Əyyub qəbiristanlığı da adını, Əməvilərin VII əsrdə Konstantinopola (İstanbul) təşkil etdiyi müvəffəqiyyətsiz səfərində (674–678) İstanbul divarları qarşısında şəhid olan Əbu Əyyub əl-Ənsaridən alır. Əbu Əyyub əl-Ənsarinin türbəsinin burada mövcudluğu və xalqın ona yaxın basdırılma istəyi Əyyub qəbiristanlığının meydana gəlməsinə səbəb olmuşdur.[1]
Qəbiristanlıq | |
Əyyubsultan qəbiristanlığı | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Əyyubsultan |
41°03′08″ şm. e. 28°56′00″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
İstanbuldakı ən böyük İslam qəbiristanlıqlarında biri olan Əyyub qəbiristanlığında padşahlar, sərəzəmlər, şeyhülislamlar, vəzirlər, sərkərdələr, xanım sultanlar, saray mənsubları, din, təsəvvüf, elm, fikir, sənət adamları, şairlər və xalqdan olan kəslər basdırılmışdır. Əyyub qəbiristanlığı Haliç sahillərindən, Qaryağdı çölündə, təpədəki sırtlara və oradan da Ədirnəqapı divarına çatmışdır. Ədirnəqapı ilə Alibəyköyə çatan yolların ətrafındakı məzar daşları da Əyyub qəbiristanlığının davamıdır. Haliç ətrafı ilə arxasında aparılan yol işləri və digər tikinti işləri buradakı məzarlara böyük zərər vermişdir.[2]
İstanbulun fəthindən dərhal sonra Əyyub qəbiristanlığında ölülərin basdırılması ilə məzar daşlarında cəmiyyətin düşüncə quruluşu ortaya çıxmışdır. Anadolu məzar daşlarındakı müxtəliflik, burada da diqqəti cəlb edir. Başlıbaşına bir sənət əsəri xüsusiyyətindəki bu daşlar ölünün şəxsiyyəti mövzusunda da məlumat verir.
XVIII əsrin sonlarında yeni mərmər ocaqlarının ixtirasıyla Əyyub qəbiristanlığında mərmərdən daha çox yararlanmağa başlanılmışdır. Osmanlı türbə arxitekturasına məxsus plan tipləri, üslub və bəzəmə burada tətbiq olunmuşdur. Qəbiristanlıqdakı açıq və bağlı türbələrdə, mərmər, daş və kərpic ilə birlikdə istifadə edilmiş çini, qələm işi, ştuk, və yazı da onları tamamlamışdır.