Əli Xamenei
İran İslam Respublikasının lideri / From Wikipedia, the free encyclopedia
Əli Xamenei[1] (fars. سید علی حسینی خامنهای; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd, Pəhləvilər İranı[d])[2][3] — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir.[4][5] 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.[6]
Əli Xamenei | |
---|---|
fars. سید علی حسینی خامنهای | |
Vəzifədədir | |
4 iyun 1989-cu ildən | |
Prezident | Haşimi Rəfsəncani Məhəmməd Hatəmi Mahmud Əhmədinecad Həsən Ruhani İbrahim Rəisi Məhəmməd Müxbir (i.e) |
Baş nazir | Mir Hüseyn Musəvi |
Əvvəlki | Ruhullah Xomeyni |
9 oktyabr 1981 – 16 avqust 1989 | |
Əvvəlki | Məhəmmədəli Rəcai |
Sonrakı | Əli Əkbər Haşimi Rəfsəncani |
Tehranın imamcüməsi | |
Vəzifədədir | |
14 yanvar 1980-ci ildən | |
Əvvəlki | Hüseynəli Müntəziri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 aprel 1939(1939-04-19) (85 yaş) |
Doğum yeri | |
Partiya | İslam Respublikası Partiyası (1979–1987) |
Təhsili |
|
Fəaliyyəti | fəqih, siyasətçi, tərcüməçi, yazıçı, şair |
Dini | islam |
Hərbi xidmət | |
Qoşun növü | İran İnqilab keşikçiləri Ordusu |
Döyüşlər | |
|
|
khamenei.ir khl.ink leader.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi.[7] Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi.[8][9] Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi.[10][11] Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə, Xamenei ölmədən əvvəl Xomeyninin varisi seçdiyi adam idi. Xamenei 14 aprel 1979-cu ildən bəri "Astan Quds Razavi"nin xidmətçilərinin rəhbəridir.[12]
Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir.[13][14] O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanıdır. Əli Xamenei, həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir.[15][16][17][18][19][20] Kərim Səcədpurun sözlərinə görə, Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin hərbə və mediaya birbaşa və ya dolayı nəzarət edir.[6] Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Qəyyumlar Şurası tərəfindən yoxlanılır.[21] Xamenei tərəfindən əmr edildikdən sonra Qəyyumlar Şurasının müəyyən insanlara qoyulan qadağanı ləğv etdiyi hallar da olmuşdur.[22]
Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları,[23] 1999-cu il İranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları,[24][25][26] 2011–12-ci il İran etirazları, 2017–18-ci il İran etirazları və 2018–2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, bloggerlər və digər şəxslər Ali Rəhbər Xamenei və eyni zamanda dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılırlar, onlardan bəziləri həbsdə vəfat etmişdi.[27][28] İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verdi.