1972 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1972 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1972; fr. Concours Eurovision de la chanson 1972) — sayca 17-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1971 Avroviziya Mahnı Müsabiqəsində Avropanın cırtdan ölkələrindən biri olan Monako Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə müsabiqədə ilk dəfə qalib gəlmişdi. Bu qələbənin ardınca 1972-ci ildə müsabiqəyə ilk dəfə ev sahibliyi etməli olan Monako knyazlığının şahzadəsi III Renye Monakonun maliyyə cəhətdən Avroviziya kimi böyük müsabiqəyə ev sahibliyi etməyə hazır olmadığını bəyan edərək, müsabiqəyə ev sahibliyindən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Birləşmiş Krallıq dördüncü dəfə öz üzərinə götürmüşdür. BBC ev sahibi şəhər olaraq Şotlandiyanın paytaxtı Edinburqu seçmişdir. Beləliklə Avroviziya 1972 Edinburqda yerləşən Usher konsert zalında keçirilmişdir. Müsabiqə 1972-ci ilin 25 mart tarixində baş tutmuşdur.
1972 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 25 mart 1972 |
Aparıcı(lar) | Moira Şirer |
Kanal | , BBC |
Keçirilən yer | Usher konsert zalı, Edinburq, Şotlandiya, Birləşmiş Krallıq |
Qalib mahnı | Lüksemburq "Après toi" |
Seçki sistemi | Hər ölkədən 2 münsif var idi və hər bir münsif bütün mahnılara 1-5 arası xallar verirdi |
İştirakçıların sayı | 18 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1971 1973 ► |
18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Viki Leandros ifa etdiyi "Après toi" mahnısı ilə Avroviziya 1972-nin qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada üçüncü qalibiyyəti idi.