Birləşmiş Krallıq
Şimali-Qərbi Avropada dövlət / From Wikipedia, the free encyclopedia
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı | |||||
---|---|---|---|---|---|
United Kingdom of Great Britain and Northern Ireland Royaume-Uni de Grande-Bretagne et d'Irlande du Nord | |||||
| |||||
Dieu et mon droit | |||||
Himn: ing. Dieu et mon droit |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | London | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
Monarx | III Çarlz | ||||
Baş Nazir | Rişi Sunak | ||||
Sahəsi | Dünyada 78-ci | ||||
• Ümumi | 242,495 km2 km² | ||||
• Su sahəsi (%) | 1.51 | ||||
Əhalisi | |||||
• Əhali | ▲ 68,138,484 nəfər (21-ci) | ||||
• Siyahıyaalma (2011) | 63,182,1178 nəf. | ||||
• Sıxlıq | 270.7 nəf./km² (50-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $3.847 trilyon dollar (10-cu) | ||||
• Adambaşına | ▲ $56,471 dollar (28-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $3.159 trilyon dollar (6-cı) | ||||
• Adambaşına | ▲ $46,371 dollar (24-cü) | ||||
İİİ (2021) | 0.929 (artım; 18-ci) | ||||
Valyuta | funt sterlinq | ||||
İnternet domeni | .uk, .gb[1][2] | ||||
ISO kodu | GB | ||||
BOK kodu | GBR | ||||
Telefon kodu | +44 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlətintərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Materik Avropaya Fransa vasitəsilə La Manş kanalı ilə birləşir.
Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı III Çarlzdır. Kral dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.
Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir.