1996 Yay Olimpiya Oyunları
From Wikipedia, the free encyclopedia
XXVI Yay Olimpiya Oyunlarının Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçirilməsi haqqında qərar Beynəlxalq Olimpiya Komitəsinin 1990-ci il Tokiodaki sessiyasında qəbul olunmuşdu. Atlanta Oyunları müasir Olimpiya Oyunlarının 100 illik yubileyinə təsədüf etdi. Bu, Atlanta Oyunlarının emblemində də əksini tapmışdır. 100 rəqəminin üzərində yerləşdirilmiş Olimpiya simvolikası ilə yuxarıda çakilmiş xəttin yaratdığı ümumi kompozisiya klassik yunan üslubundakı sütunu əks etdirməklə yanaşı, Olimpiya Oyunlarının möhtəşəmliyini göstərirdi.
Cəld faktlar İdmançıların sayı, Rəsmən açılışı edib ...
1996 Yay Olimpiya Oyunları | |
---|---|
İdmançıların sayı | 197[1], 10.318[1] |
Rəsmən açılışı edib | Bill Klinton[2] |
Olimpiya məşəli | Məhəmməd Əli |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
- 19 iyul – 04 avqust 1996
- İştirak etmiş ölkələrin sayı -197
- idman növləri – 26
- Yarışların sayı – 271
- İdmançıların sayı -10320 (6797 – kişi, 3523 – qadın)