2006 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2006 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2006; fr. Concours Eurovision de la chanson 2006) — sayca 51-ci Avroviziya Mahnı Müsabiqəsidir. Elena Paparizunun ifa etdiyi "My Number One" adlı mahnı ilə 2005 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2006-cı ildə Yunanıstan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Yunanıstanın paytaxtı Afina şəhərində Nikos Qalis Olimpik zalında keçirilmişdir. Müsabiqənin yarımfinalı 2006-cı ilin 18 may, final isə 20 may tarixində baş tutmuşdur.
2006 Avroviziya Mahnı Müsabiqəsi "Feel the Rhythm" "Ritmi hiss et" | |
---|---|
I yarımfinal | 18 may 2006 |
Final | 20 may 2006 |
Aparıcı(lar) | Mariya Menunos Sakis Ruvas |
Direktor | Svante Stokselius |
Kanal | ERT |
Keçirilən yer | Nikos Qalis Olimpik zal Afina, Yunanıstan |
Qalib mahnı | Finlandiya "Hard Rock Hallelujah" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 37 |
İlk dəfə iştirak edən ölkələr | Ermənistan |
Yenidən iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Avstriya Macarıstan Serbiya və Monteneqro |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2005 2007 ► |
2006-cı ildə Ermənistan ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya və Macarıstan isə maliyyə problemlərini səbəb kimi göstərərək müsabiqədə iştirakdan imtina etmişdirlər. Serbiya və Monteneqro ilkin olaraq müsabiqədə iştirak etməyi planlaşdırsa da, ölkənin müsabiqə üçün hazırladığı seçim turunda baş verən qalmaqal Serbiya və Monteneqronun müsabiqədən kənarlaşdırılması ilə nəticələnmişdi. Belə ki, seçim turunda qalib gələn qrupa etiraz olaraq, zalda əyləşən izləyicilər qrupun üzərinə müxtəlif əşyalar atmağa başlamış və qrupu səhnədən qovmuşdurlar. Bunun ardınca Avropa Yayım Birliyi Serbiya və Monteneqronu müsabiqədən uzaqlaşdırsa da, ölkəyə Avroviziya 2006-da yalnız səsvermədə iştirak hüququ verilmişdir. Ümumilikdə 37 ölkənin iştirak etdiyi müsabiqədə Finlandiya təmsilçiləri olan "Lordi" rok qrupu ifa etdikləri "Hard Rock Hallelujah" adlı mahnı ilə qalib gəlmişdirlər. Bu 1961-ci ildən bəri Avroviziyada iştirak edən Finlandiyanın müsabiqədə ilk qalibiyyəti olmuşdur.