Ermənistan
Cənubi Qafqazda dövlət / From Wikipedia, the free encyclopedia
Ermənistan (erm. Հայաստան — Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir.[7] İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir.
Ermənistan | |||||
---|---|---|---|---|---|
Հայաստանի Հանրապետություն | |||||
| |||||
Himn: Մեր Հայրենիք Mer Hayrenik "Ana vətənimiz" |
|||||
Tarixi | |||||
• Ermənistan Demokratik Respublikası | 29 may 1918 | ||||
• Müstəqilliyin elanı | 21 sentyabr 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | İrəvan | ||||
İdarəetmə forması | Unitar parlamentar respublika | ||||
Prezident | Vaaqn Xaçaturyan | ||||
Baş nazir | Nikol Paşinyan | ||||
Milli Məclisinin sədri | Alen Simonyan | ||||
Sahəsi | Dünyada 138-ci | ||||
• Ümumi | 29,743 km² | ||||
• Su sahəsi (%) | 4.71[1] | ||||
• Əhali |
|
||||
• Siyahıyaalma (2011) | 3 018 854[3] nəf. | ||||
• Sıxlıq | 101.5 nəf./km² (99-cu) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $32.893 milyard[4] dollar | ||||
• Adambaşına | $10,995[4] dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2019) | $13.302 billion[4] dollar (132-ci) | ||||
• Adambaşına | $4,446[4] dollar (116-cı) | ||||
İİİ (2017) | 0.755 (sabit; 83-cü) | ||||
Demonim | Erməni | ||||
Valyuta | Ermənistan dramı | ||||
İnternet domeni | .am, .հայ[d] | ||||
ISO kodu | AM | ||||
BOK kodu | ARM | ||||
Telefon kodu | +374 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][6] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu.[8][9][10] Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir. Qədim erməni çarlığı 5-ci əsrin əvvəllərində Bizans və Sasani imperiyaları arasında bölündü. 9-cu əsrdə Pakraduni sülaləsi dövründə Erməni Baqratuni krallığı bərpa edildi. Bizanslılara qarşı müharibələr nəticəsində tənəzzülə uğrayan səltənət 1045-ci ildə süqut etdi və Ermənistan tezliklə Səlcuq imperiyasının tərkibinə daxil oldu. 11–14-cü əsrlər arasında Aralıq dənizi sahilində bir knyazlıq, daha sonra isə krallıq olan Kilikiya Erməni krallığı quruldu.
16–19-cu əsrlərdə indiki Ermənistan ərazisi dəfələrlə Osmanlı və əsasən indiki İran ərazisində mövcud olmuş türkman (Səfəvi, Əfşar və Qacar) imperiyalarının hökmranlığı altında olmuşdur. 19-cu əsrdə Ermənistan Rusiya imperiyası tərəfindən işğal edilmiş, qalan bölgələr isə Osmanlı hakimiyyəti altında qalmışdır. Osmanlı hökuməti tərəfindən 1 iyun 1915-ci ildə Takvîm-i Vekâyidə dərc edilən Təhcir Qanunu ilə təxminən 422.758 erməni məcburi köçə məruz qaldı. 1918-ci ildə Rusiya inqilabından sonra bütün qeyri-rus ölkələri öz müstəqilliklərini elan etdilər və nəticədə Ermənistan Demokratik Respublikası yaradıldı. 1920-ci ildə dövlət Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil edildi və 1922-ci ildə Sovet İttifaqının qurucu üzvü oldu. 1936-cı ildə Zaqafqaziya dövləti ləğv edildi və bu yaranmaqda olan dövlətlər, o cümlədən Ermənistan Sovet Sosialist Respublikası Sovet İttifaqının respublikalarına çevrildi. Müasir Ermənistan Respublikası Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə müstəqil oldu.
Ermənistan inkişaf etməkdə olan ölkədir və 2021-ci il İnsan İnkişafı İndeksində 85-ci yerdədir.[11] Paytaxtı və ən böyük şəhəri İrəvan olan ölkədə Gümrü, Böyük Qarakilsə, Üçkilsə və Razdan ölkənin digər mühüm şəhərləridir. İqtisadiyyatı əsasən sənaye və mədənçiliyə əsaslanır. Ermənistan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşdiyi halda, geosiyasi baxımdan ümumiyyətlə Avropa dövləti hesab olunur. Ermənistan geosiyasi baxımdan bir çox cəhətdən Avropa ilə uzlaşdığından, Avropa Şurası, Şərq Tərəfdaşlığı, Eurocontrol və Avropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla bir çox Avropa qurumları; Avrasiyadakı müəyyən regional qrupların, o cümlədən Asiya İnkişaf Bankının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və Avrasiya İnkişaf Bankının üzvüdür. Ermənistan həmçinin dünyanın ən qədim milli kilsəsi olan Erməni Apostol Kilsəsini ölkənin əsas dini qurumu kimi tanıyır. Rəsmi dili erməni dili olan dövlətin istifadə etdiyi əlifba eramızın 405-ci ildə Mesrop Maştots tərəfindən yaradılmışdır. Ölkə 1991-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini faktiki olaraq işğal edib və özü də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatına üzv heç bir dövlətin tanımadığı Dağlıq Qarabağ Respublikasının mövcudluğunu dəstəkləyir.