2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsi − 5-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. 8 dekabr 2007-ci il tarixində Niderlandın Rotterdam şəhərinin "Ahoy" arenasında təşkil olunmuşdur.
Cəld faktlar Final, Aparıcı(lar) ...
2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 8 dekabr 2007 |
Aparıcı(lar) | Sipke Yan Busema, Kim-Lian van der Meyc |
Kanal | , Avro |
Keçirilən yer | , Ahoy, Rotterdam |
Qalib mahnı | , "S druz'yami", Aleksey Jiqalkoviç |
Seçki sistemi | Hər ölkə 10 favorit mahnısını 1-8, 10 və 12 xalla qiymətləndirəcək. |
İştirakçıların sayı | 17 |
İlk dəfə iştirak edən ölkələr | Ermənistan Bolqarıstan Gürcüstan Litva |
İştirakdan imtina edən ölkələr | İspaniya Xorvatiya |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2006 2008 ► |
Bağla
Bu il müsabiqədə ilk dəfə olaraq Bolqarıstan, Ermənistan, Gürcüstan və Litva iştirak etmişdir. Ötən il iştirak edən və ilk iki müsabiqənin qalibləri Xorvatiya və İspaniya isə müsabiqədə iştirak etməyəcəklərini bildirmişlər.
Bu ilki müsabiqənin qalibi 2005-ci ildəki müsabiqənin də qalibi olmuş Belarus olmuşdur. Belarusu Aleksey Jiqalkoviç S Druz'yami mahnısı ilə qalib etmişdir. 1-ci olan mahnı ilə 2-ci olan mahnı arasında cəmi 1 xal fərq vardı. Belarus 137 xalla 1-ci, Ermənistan 136 xalla 2-ci olmuşdur.