2009 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2009 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2009; fr. Concours Eurovision de la chanson 2009) — sayca 54-cü Avroviziya Mahnı Müsabiqəsidir. Dima Bilannın ifa etdiyi "Believe" mahnısı ilə 2008 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2009-cu ildə Rusiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Rusiyanın paytaxtı Moskva şəhərində Olimpiyski Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2009-cu ilin 12 və 14 may, final isə 16 may tarixində baş tutmuşdur.
2009 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
I yarımfinal | 12 may 2009 |
II yarımfinal | 14 may 2009 |
Final | 16 may 2009 |
Aparıcı(lar) | Yarımfinallar: Andrey Malaxov Natalya Vodyanova Final: Alsu Abramova İvan Urqant Green Room: Dmitry Şepelev |
Direktor | Svante Stokselius |
Kanal | Pervıy Kanal |
Keçirilən yer | Olimpiyski arena, Moskva, Rusiya[1] |
Qalib mahnı | Norveç "Fairytale" |
Seçki sistemi | Yarımfinallar: 100% telesəsvermə Final: 50% telesəsvermə 50% münsif səsverməsi |
İştirakçıların sayı | 42 1-ci yarımfinal: 18 2-ci yarımfinal: 19 Final: 25 |
İlk dəfə iştirak edən ölkələr | Yoxdur |
Yenidən iştirak edən ölkələr | Slovakiya |
İştirakdan imtina edən ölkələr | Gürcüstan San-Marino |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2008 2010 ► |
2009-cu ildə Slovakiya 11 illik fasilədən sonra Avroviziyaya geri dönmüşdür. San-Marino maliyyə çətinlikləri səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir. Latviya və Gürcüstan da ilkin olaraq Moskvada keçirilən müsabiqədə iştirak etməyəcəklərini açıqlasalar da, Avropa Yayım Birliyi daha sonra hər iki ölkənin Avroviziya 2009-da iştirak edəcəyini bildirmişdir. Lakin, Gürcüstanın müsabiqə üçün nəzərdə tutduğu mahnı müsabiqənin qaydalarına zidd olduğu üçün ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 42 ölkənin iştirak etdiyi müsabiqədə Norveç təmsilçisi olan "Aleksandr Rıbak" ifa etdiyi "Fairytale" adlı mahnı ilə 387 xal toplayaraq qalib gəlmişdir. İkinci yerdə 218 xalla İslandiya, üçüncü yerdə isə 207 xalla Azərbaycan qərarlaşmışdır. Bu sonuncu dəfə 1995-ci ildə "Nocturne" qrupunun təmsilində müsabiqədə qələbə qazanan Norveçin Avroviziyada ümumilikdə üçüncü qalibiyyəti idi.
2009-cu ildə müsabiqəni televiziya vasitəsilə 122 milyon tamaşaçı izləmişdir[2].