2012 Yay Olimpiya Oyunlarında futbol
From Wikipedia, the free encyclopedia
2012 Yay Olimpiya Oyunlarında futbol — 2012-ci ildə Böyük Britaniyada baş tutmuş Yay Olimpiya Oyunlarının futbol turniri. 25 iyul-11 avqust tarixləri arasında baş tutmuşdur. Yeganə idman növü olmuşdur ki, rəsmi 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimi baş tutmamışdan 2 gün əvvəl başlamışdır. Həmçinin London xaricində keçirilən yeganə idman növü olmuşdur. Oyunlar London, Kardiff, Qlazqo, Nyukasl, Mançester və Koventri şəhərlərində keçirilmişdir. Final oyunu Londonda Uembli stadionunda baş tutmuşdur. Turnirdə iştirak etmək üçün FİFA-ya bağlı olan federasiyalara göndərilən dəvətlər əsasında federasiyalar U-23 kişi millilərini və əsas qadın millilərini göndərmişlər. Turnirdə ümumilikdə 504 futbolçu iştirak etmişdir.[1]
Ölkə | Birləşmiş Krallıq | ||
---|---|---|---|
Tarix | 25 iyul-11 avqust 2011 | ||
Komandalar | 16 (kişilər) + 12 (qadınlar) (6 konfederasiyadan) | ||
Çempion |
Meksika (kişilər) ABŞ (qadınlar) |
||
Finalçı |
Braziliya (kişilər) Yaponiya (qadınlar) |
||
3-cü |
Cənubi Koreya (kişilər) Kanada (qadınlar) |
||
4-cü |
Yaponiya (kişilər) Fransa (qadınlar) |
||
Oyun sayı | 58 | ||
Qol sayı | 146 (oyun başına 2.52) | ||
Tamaşaçı | 2,186,150 (oyun başına 37,692) | ||
|
Kişilərin turniri 16 komanda, qadınların turniri 12 komanda ilə keçirilmişdir. Turnirin püşkü 24 aprel 2012-ci ildə atılmışdır.[2]