ABŞ iqtisadiyyatı
From Wikipedia, the free encyclopedia
ABŞ iqtisadiyyatı yüksək inkişaf etmiş və qarışıqdır.[34][35] O, nominal ÜDM və xalis sərvətə görə dünyada ən böyük və alıcılıq qabiliyyəti paritetinə (AQP) görə ikinci ən böyük iqtisadiyyatdır.[36] Həmçinin 2019-cu ildə dünyada adambaşına düşən ÜDM üzrə yeddinci və Adambaşına düşən ÜDM (AQP)-yə görə ölkələrin siyahısıadambaşına düşən AQP üzrə onuncu olmuşdur.[37] ABŞ dünyanın texnoloji baxımdan ən güclü iqtisadiyyatına malikdir və şirkətləri texnoloji inkişafda öndədirlər; xüsusilə kompüterdə, əczaçılıqda və tibbdə, aerokosmik sənayedə və hərbi texnikada.[38] ABŞ dolları beynəlxalq əməliyyatlarda ən çox istifadə olunan valyutadır və iqtisadiyyatı, ordusu, petrodollar sistemi və onunla bağlı avrodollar və ABŞ-nin iri xəzinə bazarı ilə dəstəklənən dünyanın ən önəmli ehtiyat valyutasıdır.[39][40] Bir neçə ölkə bundan rəsmi valyuta kimi istifadə edir, bir çox ölkələrdə isə bu de-fakto valyutadır.[41][42] ABŞ-nin ən böyük ticarət tərəfdaşları Çin, Kanada, Meksika, Yaponiya, Almaniya, Cənubi Koreya, Birləşmiş Krallıq, Fransa, Hindistan və Tayvandır.[43] ABŞ dünyanın ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır.[44] NAFTA, Avstraliya, Cənubi Koreya, İsrail və bir sıra digərləri daxil olmaqla bir neçə ölkə ilə qüvvədə olan və ya müzakirələri davam edən azad ticarət sazişlərinə malikdir.[45]
ABŞ iqtisadiyyatı | |
---|---|
| |
Valyuta | ABŞ dolları (USD) ▲ Dollar indeksi |
Büdcə ili | 1 oktyabr 2019 – 30 sentyabr 2020 |
Ticarət təşkilatları | ÜTT, İƏİT və digərləri |
Ölkə qrupu |
|
Statistika | |
ÜDM | ▲ $25.347 trilyon (2022)[5] |
ÜDM sıralaması | |
ÜDM artımı |
|
Adambaşına düşən ÜDM | ▲ $65,112 (2019 təx.)[6] |
Adambaşına düşən ÜDM sıralaması |
|
Sektorlarına görə ÜDM |
|
Komponentlərinə görə ÜDM |
|
İnflyasiya (İQİ) | |
Yoxsulluq həddindən aşağı olan əhali | 11,8% (2018)[9] |
Cini indeksi | 39,0 orta (2017)[10] |
İnsan İnkişafı İndeksi | |
İşçi qüvvəsi | |
Məşğulluğa görə işçi qüvvəsi |
|
İşsizlik səviyyəsi | |
Orta aylıq gəlir | $63,093 (2018)[16] |
Orta aylıq mənfəət | ▲ $936 həftəlik (Q4, 2019)[17] |
Biznesin qurulma asanlığı indeksi | ▲ 6-cı (çox asan, 2020)[18] |
Xarici ticarət | |
İxrac | ▲ $1,66 trilyon (2018)[19] |
İxrac məhsulları |
|
İxrac tərəfdaşları |
|
İdxal | ▲ $2,54 trilyon (2018)[19] |
İdxal məhsulları |
|
İdxal tərəfdaşları |
|
BXİ indeksi | |
Cari hesab | ▼ −$449.1 milyard (2017 təx.)[22] |
Xarici borc | $20 trilyard (Mart 2019)[23] qeyd: ABŞ-nin xarici borcunun təqribən 4/5-i ABŞ dolları ilə hesablanır[22] |
Dövlət maliyyəsi | |
İctimai borc | ÜDM-in 116%-i (2020)[24] |
Gəlirlər | $3,3 trilyard (2018)[25][26] |
Xərclər | $4.1 trilyard (2018)[26] |
İqtisadi yardım | donor: RİY, $35.26 milyard (2017)[27] |
Kredit sıralaması | |
Xarici ehtiyatlar | $128.3 milyard (İyun 2019)[33] |
Əsas mənbə: CIA World Fact Book Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
Ölkənin iqtisadiyyatı bol təbii ehtiyatlar, inkişaf etmiş infrastruktur və yüksək məhsuldarlıqla qidalanmaqdadır.[46] 2016-cı ildə 45 trilyon dollar dəyərində qiymətləndirilən təbii ehtiyatları ilə təbii ehtiyatların yeddinci ən yüksək ümumi dəyərinə malikdir.[47] Amerikalılar İƏİT üzvü olan ölkələr arasında ən yüksək orta ev təsərrüfatı və işçi gəlirlərinə sahibdirlər[48] və ortalama ev təsərrüfatı gəliri 2007-ci ildə ikinci yerdən 2010-cu ildə dördüncü yerə düşdü.[49][50] 1890-cı ilə qədər ABŞ dünyanın ən məhsuldar iqtisadiyyatına sahib idi.[51] Dünyanın ən böyük neft və təbii qaz istehsalçısıdır.[52] 2016-cı ildə dünyanın ən böyük ticarət ölkəsi idi[53] həmçinin, qlobal istehsal məhsulunun beşdə birini təmsil edən ikinci ən böyük istehsalçısıdır.[54] ABŞ yalnız malların ən böyük daxili bazarına sahib deyil, həm də xidmətlər ticarətində də üstünlük təşkil edir. 2018-ci ildə ABŞ-nin ümumi ticarəti 4.2 trilyon dollar təşkil edirdi.[55] Dünyanın 500 ən böyük şirkətindən 121-inin qərargahı ABŞ-də yerləşir.[56] ABŞ, 3,013 trilyon dollar ümumi sərvət ilə ən çox milyarderə sahibdir.[57][58]
Nyu-York Fond Birjası və NASDAQ bazar kapitalizasiyası və ticarət həcminə görə dünyanın ən böyük birjalarıdır.[59][60] ABŞ-yə qoyulan xarici sərmayələrin həcmi təxminən 4.0 trilyon dollar,[61] xarici ölkələrdə Amerikan sərmayələri isə ümumilikdə 5.6 trilyon dollardan çoxdur.[62] ABŞ iqtisadiyyatı vençur kapitalı[63] və Qlobal Tədqiqat və İnkişaf maliyyələşdirilməsinə görə beynəlxalq reytinqdə birinci yerdədir.[64] İstehlak xərcləri 2018-ci ildə ABŞ iqtisadiyyatının 68%-ni təşkil etmişdi,[65] 2017-ci ildə isə işçi qüvvəsinin gəlirinin 43%-ini təşkil etmişdi.[66] ABŞ, dünyanın ən böyük istehlak bazarına sahibdir, ev təsərrüfatlarının son istehlak xərcləri Yaponiya ilə müqayisədə beş dəfə böyükdür.[67] Ölkənin əmək bazarı dünyanın hər yerindən gələn mühacirləri özünə cəlb edir və xalis miqrasiya nisbəti dünyada ən yüksək yerdədir.[68] ABŞ, Biznesin qurulma asanlığı indeksi, Qlobal Rəqabətlilik Hesabatı və digər tədqiqatlarda ən yaxşı nəticə göstərən iqtisadiyyatlardan biridir.[69]
ABŞ iqtisadiyyatı 2007-ci ilin dekabrından 2009-cu ilin iyununa qədər davam edən Böyük tənəzzül dövründə ciddi iqtisadi geriləmə yaşadı. Buna baxmayaraq, böhrandan əvvəlki (2007-ci ilin sonu) pik həddinə real ÜDM üzrə 2011-ci ildə,[70] ev təsərrüfatlarının xalis dəyəri üzrə 2012-ci ilin II rübündə,[71] qeyri-təsərrüfat əmək haqqı işləri üzrə 2014-cü ilin may ayına qədər[72] və işsizliyin səviyyəsi üzrə 2015-ci ilin sentyabr ayına qədər bərpa etdi.[73] Bu göstəricilərin hər biri bu tarixlərdən sonra tənəzzüldən sonra rekord həddlərdə davam etdi, ABŞ-nin bərpası 2018-ci ilin aprelində rekord sayda ikinci ən uzun oldu.[74] Milli borc ölçüsü olan əhalinin borclanması 2017-ci ildə ÜDM-in təxminən 77%-ni təşkil edərək 207 ölkə arasında 43-cü sırada yer aldı.[75] Gəlir bərabərsizliyi 2017-ci ildə 156 ölkə arasında 41-ci,[76] digər Qərb ölkələri ilə müqayisədə ən yüksək oldu.[77]