Abbasqulu ağa Bakıxanov
Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi / From Wikipedia, the free encyclopedia
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur.[1] Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi
Abbasqulu ağa Bakıxanov | |
---|---|
Təxəllüsü | Кудси |
Doğum tarixi | 21 iyun 1794(1794-06-21) |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1847(1847-05-31) (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vəba |
Dəfn yeri | |
Atası | II Mirzə Məhəmməd xan |
Fəaliyyəti | tarixçi, filosof, yazıçı, şair, hərbi qulluqçu |
Əsərlərinin dili | ərəb dili, Azərbaycan dili, fars dili |
Mükafatları | |
Abbasqulu ağa Bakıxanov Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.
1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.