Abdullah Gül
Türkiyə Respublikasının 11-ci prezidenti / From Wikipedia, the free encyclopedia
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[2][3][…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti.[4] Abdullah Gül 2007–2014-cü illərdə prezident vəzifəsində,[5][6] 2002–2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb.[7] 2003–2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb.[8]
Abdullah Gül | |
---|---|
türk. Abdullah Gül | |
28 avqust 2007 – 28 avqust 2014 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Əhməd Necdət Sezər |
Sonrakı | Rəcəb Tayyib Ərdoğan |
Türkiyə Respublikası baş nazirinin müavini | |
14 mart 2003 – 28 avqust 2007 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Mehmed Ali Şahin |
Sonrakı | Cəmil Çiçək |
Türkiyə Respublikası Xarici İşlər naziri | |
14 mart 2003 – 28 avqust 2007 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Yaşar Yakış |
Sonrakı | Əli Babacan |
Türkiyə Böyük Millət Məclisinin XIX-XXIII çağırışları millət vəkili | |
20 oktyabr 1991 – 28 avqust 2007 | |
Seçim bölgəsi | 1991 – Kayseri 1995– Kayseri 1999 –Kayseri 2002– Kayseri 2007– Kayseri |
Türkiyə Respublikasının 24-ci baş naziri | |
18 noyabr 2002 – 14 mart 2003 | |
Əvvəlki | Bülənd Ecevit |
Sonrakı | Rəcəb Tayyib Ərdoğan[1] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 oktyabr 1950(1950-10-29)[2][3][…] (73 yaş) |
Doğum yeri | |
Partiya |
Rifah Partiyası (1991-1998) Fəzilət Partiyası (1998-2001) Ədalət və İnkişaf Partiyası (2001-2007) |
Təhsili |
İstanbul Universiteti Ekseter Universiteti |
İxtisası | İqtisadçı, siyasətçi |
Fəaliyyəti | siyasətçi, diplomat, iqtisadçı |
Həyat yoldaşı | |
Uşağı | 3 |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
abdullahgul.gen.tr/EN/ma… | |
Vikianbarda əlaqəli mediafayllar |
Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub.[9][10] Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra[11][12][13] Fəzilət Partiyasına qoşulub.[14][15] O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb.[16][17][18]
Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu[1] və 58-ci Türkiyə hökumətini qurdu.[19] Gül hökuməti tərəfindən Rəcəb Tayyib Ərdoğana qoyulan siyasi qadağa aradan qaldırıldıqda, Ərdoğan 2003-cü ildə Türkiyə parlament seçkiləri ilə parlamentə daxil oldu və baş nazir olaraq 59-cu Türkiyə hökumətini qurdu.[20] Ərdoğan hökuməti kabinetində Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışan Gül 2007-ci ildə Türkiyədə keçirilən prezident seçkilərində prezident seçilərək, 2014-cü ilə qədər bu vəzifəni davam etdirib.[21][22]