Abort
From Wikipedia, the free encyclopedia
Abort (lat. abortus), həmçinin uşaqsalma[1] — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq.[2][3]
Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir.[4][5][6]
Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır.[7]