Amerika Kuboku 2015
44-cü Cənubi Amerika Futbol Turniri / From Wikipedia, the free encyclopedia
Amerika Kuboku 2015 (isp. 2015 Copa América) — 11 iyun-4 iyul 2015-ci il tarixləri arasında Çilidə keçirilən sayca 44-cü Amerika Kuboku.[1] Turnir Cənubi Amerikanın ali futbol qurumu CONMEBOL tərəfindən təşkil olunmuşdur
Cəld faktlar Ölkə, Tarix ...
Ölkə | Çili | ||
---|---|---|---|
Tarix | 11 iyun — 4 iyul 2015 | ||
Komandalar | 12 (2 konfederasiyadan) | ||
Çempion | Çili | ||
Finalçı | Argentina | ||
Oyun sayı | 26 | ||
Qol sayı | 59 (oyun başına 2.27) | ||
Tamaşaçı | 655,902 (oyun başına 25,227) | ||
Bombardir(lər) |
Eduardo Varqas Paolo Querrero (hər ikisi də 4 qol) |
||
Rəsmi saytı | [www.ca2015.com/en ca2015.com] | ||
|
Bağla
Uruqvay turnirə son çempion kimi qatılmışdır. Turnirdə 10-u CONMEBOL, 2-si CONCACAF (Meksika və Yamayka) üzvü olmaqla 12 komanda iştirak etmişdir. Yamayka ilk dəfə turnirə qatılmışdır. Turnirin qalibi olan Çili millisi 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etmək haqqı qazanmışdır.