Amos Oz
From Wikipedia, the free encyclopedia
Amos Oz yaxud Amos Klausner (4 may 1939[1][2][…], Qüds, Britaniya Fələstini[d][3] – 28 dekabr 2018[4][5][…], Petah-Tikva, Mərkəz dairəsi) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır.
Amos Oz | |
---|---|
ivr. עמוס עוז | |
| |
Doğum adı | Amos Klausner |
Doğum tarixi | 4 may 1939(1939-05-04)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 2018(2018-12-28)[4][5][…] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Milliyyəti | Yəhudi |
Təhsili | Yerusəlim Yəhudi Universiteti və Rehavia Gimnaziyası |
İxtisası | yazıçı, dilçi, jurnalist, roman yazıçısı, tərcüməçi, essayist, pedaqoq, universitet müəllimi |
Fəaliyyəti | dilçi, jurnalist, roman yazıçısı, tərcüməçi, esseist, pedaqoq, universitet müəllimi[d], uşaq ədəbiyyatı yazıçısı, şair, yazıçı |
Fəaliyyət illəri | 1960-cı ildən |
Əsərlərinin dili | ivritcə |
Janrlar | hekayə, roman |
Üzvlüyü | |
Mükafatları | |
amos-oz.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi.[6] Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır.[7]
2005-ci ildən bu yana Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında, Qəzzə müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunan və Həmasa qarşı İsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır.