Avatar: Aanq haqqında əfsanə
From Wikipedia, the free encyclopedia
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də anime elementləri ilə[5] yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır.
Avatar: Aanq haqqında əfsanə | |
---|---|
ing. Avatar: The Last Airbender[1][2][…] | |
Janr | fantaziya teleserialı[d], dram filmi |
Yaradıcı | Maykl Dante DiMartino[1], Brayan Konietzko[1], Nickelodeon Animation Studios[d][1] |
Ssenarist | |
Rolları səsləndirənlər | Qrey Qriffin[d][3], Dante Basco[3], James Garrett[d][3], Robert Patrik[d] |
Ölkə | |
Dil | ingilis dili[4] |
Mövsümlərin sayı | 3 |
Seriyaların sayı | 61 |
Seriyanın müddəti | 23 dəq. |
Rəng | rəngli |
Telekanal | Nickelodeon |
Nümayiş | 21 fevral 2005[1], 20 mart 2005 |
Sonrakı seriya | Avatar: Korra haqqında əfsanə |
IMDb | ID0417299 |
Rəsmi saytı |
Birinci seriya 2005-ci il fevralın 21-də[6], dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da[7] yayımlanmışdır.
Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb. "Avatar: Aanq haqqında əfsanə" Annual Annie Awards, Genesis Awards mükafatlarında müxtəlif nominasiyalara təqdim olunmuş, Emmi mükafatına layiq görülmüşdür. "Nickelodeon" birinci seriyanın uğurundan sonra, 2-ci[8] və 3-cü[9] seriyaları çəkmək qərarı verib. 2010-cu ildə serialın birinci sezonunun əsasında "Sonuncu hava maqı" adlı film çəkilmişdir. 2012-ci il aprelin 14-də "Nickelodeon" kanalında serialın davamı olan "Korra əfsanəsi" cizgi serialı yayımlanmağa başlanıb.[10][11][12][13] 2024-cü ildə orijinalnan eyni adlı olan, qeyri-cizgi serial versiyasının birinci mövsümü Netflix tərəfindən buraxılıb.[14]