Avstriya mətbəxi
From Wikipedia, the free encyclopedia
Avstriya mətbəxi tez-tez Vyana mətbəxinə bənzədilsə də, Avstriya-Macarıstan imperiyasının ümumi tarixinə əsasən, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir.[1] Avstriya mətbəxində Macarıstan, Bohemiya, Bavariya və İtaliya mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmışdır. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şniseli isə dünya şöhrəti qazanmışdır.