Azərbaycan–Ermənistan sərhədi
From Wikipedia, the free encyclopedia
Azərbaycan–Ermənistan sərhədi — Azərbaycan və Ermənistan arasında dövlət sərhədi. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinnin uzunluğu 996[1] ilə 1007.1 km[2] arasında dəyişir. Avropa marşrutları E002 və E117 sərhəddən keçir.
Azərbaycan–Ermənistan sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Tarixi | |
Vikianbarda əlaqəli mediafayllar |
De-Yure Azərbaycan-Ermənistan sərhədi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir: qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistan ilə "materik" Azərbaycan arasında daha uzun bir hissə. Bundan əlavə, de-yure, sərhədin hər iki tərəfində bir sıra anklavlar var, lakin faktiki olaraq indi onlar müfafiq dövlətlərin nəzarətindədir. Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı vəziyyət daha mürəkkəbdir — sərhədin qərbi Naxçıvan bölməsi mübahisəli deyil (Kərki anklavı istisna olmaqla), ancaq şərq sərhədlərinin bir qisminə Azərbaycan nəzarət etmir. 1990-cı illərdə Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, sərhədin rəsmi şərq hissəsi faktiki olaraq təxminən yarısına qədəri və sərhədin cənub sektoru Azərbaycan ərazisinin daxilin uzanan, yalnız Dağlıq Qarabağın əksər hissəsini deyil, həm də Azərbaycanın əhəmiyyətli hissəsini əhatə edən "Təmas xətti" ilə formalaşır. Ermənistan faktiki bu ərazini işğal edir. Nəticədə işğal olunan ərazilərdə Qondarma Dağlıq Qarabağ Respublikasını təşkil edilir. Ermənistanla QDQR arasındakı sərhəd de-yure Azərbaycan–Ermənistan sərhədi boyunca davam edir. Bu hal 2020-ci il sentyabr ayının 27-nə qədər davam edir. İkinci Qarabağ müharibəsi bu məsələdə reallığı tamamən dəyişir.