Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyasılı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı "Odlar Yurdu"-na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısı ilə 4-cü yeri tutdu.
Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov "Hold Me" mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütamadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ilsə isə Səmra Rəhimli 17-ci yeri tutdu.
2017-ci ildə Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva "Skeletons" mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdır. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi "Truth" mahnısı ilə 8-ci yerdə qərarlaşmışdır.
2020-ci ildə EFENDİ (Samirə Əfəndi) təmsilçi olaraq seçildi, lakin pandemiya səbəbindən müsabiqə baş tutmadı. Belə olduğu halda bir çox məhdudiyyətlərlə baş tutan 2021-dəki müsabiqədə Azərbaycan adına bayaraq qaldıran yenə də həmin şəxs, EFENDİ (Samirə Əfəndi) oldu. O, ölkəmizi 2020-ci ildə "Cleopatra", 2021-ci ildə isə "Mata Hari" adlı mahnı ilə təmsil etdi. Həmin ildə səhnə alan EFENDİ ölkəmizin bayrağını final gecəsi 20-ci sıraya sancdı. Buna baxmayaraq "Mata Hari" mahnısı ölkəmiz üçün çox uğurlu bir mahnı oldu. Mahnı müxtəlif musiqi platformalarında, qlobal siyahılarda, yutub trendlərində həftələrlə yüksək sıralarda qalmağı bacardı.
2022-ci ildə isə ölkəmizi Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə təmsil etdi və 16-cı yerdə qərarlaşdı. 2023-cü ildə isə daxili seçim üsulunda bir sıra dəyişikliklər edildikdən sonra, ölkəmizi Turan və Tural qardaşları "Tell Me More" adlı mahnı ilə təmsil etdi və finala vəsiqə qazana bilmədi. 2024 üçün daxili seçimlər isə hələ də davam etməkdədir.