Ağ göl
From Wikipedia, the free encyclopedia
Ağ göl — Azərbaycanın Ağcabədi və Beyləqan rayonlarının ərazisində göl.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Ağ göl | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1566 m |
Eni | 1,5 km |
Uzunluğu | 25 km |
Sahil uzunluğu | 25 km |
Sahəsi | 5000 km² |
Həcmi | 44,7 mln |
Dərin yeri | 2,5 m |
Orta dərinliyi | 0,8 m |
Duzluluğu | 5-10 ‰ |
Yerləşməsi | |
39°59′57″ şm. e. 47°39′24″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
Yerləşməsi | Ağcabədi |
Bağla
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.[3] Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir.[4][5]