Aşıq Qərib dastanı
dastan / From Wikipedia, the free encyclopedia
Aşıq Qərib (erm. Աշուղ Ղարիբ; gürc. აშიკ ქერიბი; krımtat. Yolcu Ğarip; türk. Aşık Garip; türkm. Şasenem-Garyp) — Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqdə geniş yayılan xalq nağılı. Həmçinin bu əsər aşıqlar tərəfindən ifa olunan lirik[1] dastanı[2][3][4][5] sayılır, bundan başqa o, əsasında məşhur folklor süjeti ("ər arvadının toyunda iştirak edir")[6] olan epos[7] janrına aid olunur.
Aşıq Qərib | |
---|---|
| |
Janr | nağıl, dastan, epos |
Müəllif | xalq |
Yazılma ili | XII əsr |
Nəşr ili |
1846 (Lermontovun versiyası) 1880 (Türk versiyası) 1892 (azərbaycan versiyası) 1896 (digər versiyalar) 1945 (türkmən versiyası) |
Vikianbarda əlaqəli mediafayllar |
Dastan oğuz-türk mənşəlidir[8]. 1837-ci ildə Mixail Lermontov nağılın Azərbaycan versiyasını[2][9][10][3][11][5] ilk dəfə yazdıqdan və yazı 1846-cı ildə dərc olunduqdan sonra, əsər rusdilli mühitdə geniş şöhrət qazandı[2]. Bundan başqa erməni, gürcü, türk, türkmən və s. versiyalar da mövcuddur[5][12]. Gürcülər və ermənilərin arasında Aşiq Qərib barədə rəvayət azərbaycan xalqı ilə ünsiyyət nəticəsində yayılmışdır[8]. Əsərdə pul, sərvət, nəcibliyə qarşı poeziya və musiqidən ibarət incəsənət qüvvəsi müqavimət göstərir[13]. Dastanın süjeti əsasında üç opera və balet yazılıb, film çəkilib.