Baden-Vürtemberq
From Wikipedia, the free encyclopedia
Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Baden-Vürtemberq | |
---|---|
Baden-Württemberg | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Ştutqart |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 25 aprel 1952 |
Sahəsi |
|
Hündürlük | 327 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | DE-BW |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir.
Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018)[4], ikinci ən az işsizliyə (Oktyabr, 2019)[5], dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019)[6] və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018)[7] malik əyalətidir. Orta ömür gözləntisi 2016/18-ci illərdə kişilər üçün 79,7 il və qadınlar üçün isə 84,1 il olmuşdur. Hər iki göstərici ölkə əyalətləri içərisində ən yüksəyidir.[8]