Beslan şəhərində terror aktı (rus. Террористический акт в Беслане) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən Beslan şəhərində baş vermiş terrror aktı.[1][2][3] Terrorçular şəhərdə yerləşən 1 nömrəli məktəbə ilk dərs günü (1 sentyabr) hücum etmiş və nəticədə 1.100 nəfəri əsir almışdır (777 nəfər uşaq[4]). Əsir götürülən şəxslərin böyük əksəriyyəti şagirdlər, onların valideynləri və müəllimlərdən ibarət idi. Əsirlərin xilas edilməsi əməliyyatına Rusiya ordusunun xüsusi təyinatlıları cəlb edilmişdir.[5] Əsirlərin xilas edilməsi əməliyyatı zamanı və bundan az əvvəl yaşanan hadisələrdə 300 nəfərdən çox şəxs həlak olmuşdur. Həlak olanların 186 nəfəri uşaqlar idi.[6] Öldürülən şəxslərin əksəriyyəti etnik baxımdan çeçen və inquşlardan ibarət idi.
Cəld faktlar Beslan şəhəri 1 nömrəli məktəbə silahlı hücum (2004), Tarix ...
Beslan şəhəri 1 nömrəli məktəbə silahlı hücum (2004) |
---|
Terror aktı nəticəsində öldürülmüş məktəblilər |
Tarix |
1 sentyabr 2004 |
Yeri |
Beslan, Şimali Osetiya, Rusiya |
Səbəbi |
Dünyanın diqqətini Çeçenistana yaşanan müharibəyə cəlb etmək |
Nəticəsi |
Əsirlərin xilas edilməsi əməliyyatı zamanı tərəflər arasında şiddətli atışma baş vermiş və nəticədə 186 nəfəri uşaq olmaqla, toplam 334 nəfər həlak olmuşdur. Əsirlərin xilas edilməsi əməliyyatı ümumən uğursuzluqla nəticələnmişdir. |
|
|
|
334 nəfər ölü, 783 nəfər yaralı
|
|
Terror aktı nətəsində 783 nəfərdə yaralanmışdır. |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Terror aktını həyata keçirən qrup miliyyətcə çeçenlərdən təşkil edilmiş silahlı birləşmə idi. Çeçenistan müharibəsi zamanı səslərini bütün dünyaya çatdırmaq istəyən qrupa Ruslan Xucabarov rəhbərlik edirdi. Krizin üçüncü günündə Rusiya ordusunun xüsusi təyinatlılarından ibarət qrup binaya hücum təşkil edir. Hücum nəticəsində qarşılıqlı atışma meydana gəlmiş və ağır silahlardan istifadə edilmişdir. Bir neçə saat davam edən atışmadan sonra yüzlərlə insanın həlak olduğu məlum oldu. Belə ki, xüsusi təyinatlıların məktəbə girməsindən xəbər tutan terrorçular idman zalına topladıqları insanlara kütləvi atəş açmağa başladılar. Beslan şəhəri 1 nömrəli məktəbə təşkil edilən hücum nəticəsində 186 nəfəri şagird olmaqla, ən azı 334 nəfər əsir öldürülmüşdür. Hadisədə yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri almış və bir neçə nəfər itkin düşmüşdür.
Terror aktı Rusiyada və bütün dünyada rezonansa səbəb oldu. Rusiya daxilində məktəblərdə və xəstəxanalarda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməməsi iddiaları ilə rəsmi Kreml tənqid edildi. Eyni zamanda Rusiya prezidentinin səlahiyyətlərinin artırılması və regional subyektlər üzrə daha güclü sistemlərin yaradılması məsələləri müzakirə edildi.