Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı
BMT nin Baş Qərargahı / From Wikipedia, the free encyclopedia
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir.[7] "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.[8]
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı | |
---|---|
Headquarters of the United Nations | |
| |
Alternativ adları |
Headquarters of the United Nations ərəb. مقر الأمم المتحدة çin. 联合国总部大楼 fr. Siège des Nations unies rus. Штаб-квартира Организации Объединенных Наций isp. Sede de las Naciones Unidas |
Ümumi məlumatlar | |
Memarlıq üslubu | Beynəlxalq üslub |
Yerləşmə |
Nyu-York (Beynəlxalq ərazi) |
Ünvan |
760 BMT Plaza Manhetten, Nyu-York, Nyu-York ştatı 10017 ABŞ |
Ölkə | |
Koordinatlar | 40°44′58″ şm. e. 73°58′05″ q. u. |
Təməlatma | 14 sentyabr 1948 |
Tamamlanıb | 9 oktyabr 1952 |
Qiymət | 65.000.000 $ |
Sahibi | Birləşmiş Millətlər Təşkilatı |
Hündürlük | |
Hündürlük | 155.3 metr (510 ft)[3] |
Texniki detallar | |
Mərtəbə sayı | 39[3] |
Dizayn və konstruksiya | |
Memar | Oskar Nimeyer[4][5], Le Korbuzye[4][5], Skidmore Owings Merrill[d][4] |
Memarlıq şirkəti | Harrison & Abramovits |
Əsas podratçı | Fuller, Terner, Sletteri və Volş[6] |
Vikianbarda əlaqəli mediafayllar |
Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır.[9][10] Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur.
Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir. Bu sahələr ABŞ hökuməti ilə bağlanan müqaviləyə əsasən, texniki cəhətdən eksterritorialdırlar. Bununla belə, yerli polis, yanğından mühafizə və digər xidmətlər qarşılığında Birləşmiş Millətlər Təşkilatı yerli, dövlət və federal qanunları qəbul etməyə razılaşır.[11]
BMT-nin 15 ixtisaslaşmış qurumundan (UNESCO kimi) heç biri baş qərargahda yerləşmir. Lakin BMT Uşaq Fondu kimi bəzi "müstəqil köməkçi orqanlar"ın qərargahları buradadır.