Boris Paton
From Wikipedia, the free encyclopedia
Boris Yevgenyeviç Paton (ukr. Борис Євгенович Патон, 14 noyabr 1918[1], Kiyev[2] – 19 avqust 2020[3], Kiyev[3][5][6][7][8][9]) — Metallurgiya və metal texnologiyası sahəsində sovet və ukraynalı alim, texnika elmləri doktoru, professor. 1962-ci ildən Ukrayna Milli Elmlər Akademiyasının prezidenti[10]. 1953-cü ildən - E. O. Paton adına Elektrik Qaynaq İnstitutunun direktoru işləmişdir. Dünyasını dəyişdiyi zaman o, dünyanın ən yaşlı (həm yaşına, həm də səlahiyyət müddətinə görə) dövlət Elmlər Akademiyasının prezidenti, həmçinin Ukrayna Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının ən yaşlı (həm yaşına, həm də səlahiyyət müddətinə görə) yaşayan həqiqi üzvü olmuşdur.
Boris Paton | |
---|---|
Paton Boris Yevgenyeviç | |
Doğum tarixi | 14 noyabr 1918(1918-11-14)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 2020(2020-08-19)[3] (101 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | metallurgiya, texnologiya[4], siyasət[4] |
Elmi dərəcəsi |
|
Elmi adı | akademik |
İş yerləri | |
Alma-mater | Kiyev Sənaye İnstitutu |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ Elmlər Akademiyasının akademiki (1962); Rusiya Mühəndislik Akademiyasının[11] və Beynəlxalq Mühəndislik Akademiyasının[12] fəxri prezidenti olur. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1978), Ukrayna Qəhrəmanı (1998) SSRİ-nin əməkdar ixtiraçısı (1983), Lenin mükafatı (1957), 3-cü dərəcəli Stalin mükafatı (1950), SSRİ Nazirlər Sovetinin mükafatı və iki Ukrayna Dövlət Mükafatı (1970, 2004) laureatı. Dörd Lenin ordeni (1967, 1969, 1975, 1978) laureatı. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü.
SSRİ Ali Sovetinin deputatı (1962-1989), Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (1963-1980), Sovet İttifaqı Kommunist Partiyası MK-nin üzvü (1966-1991), Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyanın prezidenti, Roma Klubunun fəxri üzvü.