Böyük saray (Peterhof)
From Wikipedia, the free encyclopedia
Böyük saray[1][2][3] (rus. Большой дворец, alm. Der Große Palast, fr. le Grand Palais) — Fin körfəzinin cənub sahilində yerləşən "Peterhof" saray-park ansamblının əsas binasıdır. Saray Sankt-Peterburqdakı Petrodvorets rayonunun tərkibində olan federal əhəmiyyətli Peterhof şəhərinin mərkəzində yerləşir.
Böyük saray | |
---|---|
Большой дворец | |
59°53′04″ şm. e. 29°54′31″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Peterhof |
Memar | Françesko Bartolomeo Rastrelli |
Sifarişçi | I Pyotr, Yelizaveta Petrovna |
Tikilmə tarixi | 1714 - 1755 |
Üslubu | Yelezaveta barokkosu |
Rəsmi sayt | peterhofmuseum.ru/object… |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810406110 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Bütün bina boyu, sarayın fasadı əhəmiyyətli ölçüdə uzunluğa, monumentallığa və dəbdəbəyə malikdir, onun kompozisiyası isə, ritmik şəkildə mərkəzə istiqamətlənən dəqiq müstəqil hissələrə bölünmüşdür. Bütün bunlar binaya xüsusi plastik görünüş və böyüklük hissi verir: onun mərkəzində yerləşən ən böyük, üçmərtəbəli hissəsi dar tağlar vasitəsilə birmərtəbəli qalereya və simmetrik ikimərtəbəli fligellərlə (kilsə və gerb korpusları) əlaqələndirilir[4]. Dənizə doğru açılan sarayın şimal fasadı silsilənin kənarı boyunca uzanır. Saray binası cənub tərəfdən öz konfiqurasiyasına görə uzadılmış "P" hərfinə bənzəyir, bu kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır. Böyük sarayın ümumi görünüşündə fiqurlu yüksək tavan, qızıl suyuna salınmış mürəkkəb konfiqurasiyalı vaza və xüsusilə zərli günbəz başları və müxtəlif relyefli dekor əhəmiyyətli rol oynayır.
Fasadların rəngi tərkibinə görə fərqlənsə də, onlarda barokko memarlığı üçün xarakterik olan elementlər - divardan aralı sütunlar, künc daşları, pəncərələrin altında oyma hissələr, künclərdə barelyeflər, naxışlı eyvan çərçivələri istifadə olunmuşdur.