Bənazir Bhutto
Pakistanlı siyasətçi / From Wikipedia, the free encyclopedia
Bənazir Bhutto (21 iyun 1953[3][4][…], Kəraçi, Pakistan dominionu, Britaniya imperiyası – 27 dekabr 2007[5][3][…], Ravalpindi, Pəncab[6]) — Pakistan İslam Respublikasının 1988–1990 və 1993–1996 baş nazir vəzifəsində işləmiş tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı.
Cəld faktlar Əvvəlki, Sonrakı ...
Bənazir Bhutto | |
---|---|
urdu بینظیر بھٹو, sindhi بينظير ڀٽو | |
19 oktyabr 1993 – 5 noyabr 1996 | |
Əvvəlki | Moeenuddin Əhməd Qureshi |
Sonrakı | Meraj Xalid |
4 dekabr 1988 – 6 avqust 1990 | |
Əvvəlki | Mahmud Harun |
Sonrakı | Qus Əli Şah |
2 dekabr 1988 – 6 avqust 1990 | |
Əvvəlki | Məhəmməd Xan Cunedco |
Sonrakı | Qulam Mustafa Jatoi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəraçi |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Ravalpindi |
Vəfat səbəbi | Terror aktı |
Dəfn yeri | Larkana şəhərinin yaxınılığında, Qari Xuda Baxş kəndinin məqbərəsində |
Partiya | Pakistan Xalq Partiyası |
Təhsili | Harvard Universiteti |
Fəaliyyəti | siyasətçi |
Atası | Zülfüqar Əli Bhutto |
Anası | Nüsrət Bhutto |
Həyat yoldaşı | Asif Əli Zərdari |
Uşaqları |
Bilaval Zardari (oğlu) Bəxtəvər və Asifə |
Dini | İslam, şiə məzhəbi[1][2] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
benazirbhutto.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Mühacirətdə olduğu uzun müddətdən sonra, vətənə qayıtmışdı, və 2007-ci ilin son aylarında ona iki sui-qəsd edildi. Birinci sui-qəsd 2007-ci il oktyabrın 18-də edilmişdi, onun nəticəsində daha 130 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. Bhutto 2007-ci il dekabrın 27-də ikinci terror aktı nəticəsində həlak olmuşdu.