Chanel
From Wikipedia, the free encyclopedia
Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil[4] şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır.[2] 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir.[5] Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir.
Chanel | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Zərgərlik məmulatları[1] |
Məhsulları | dəbdəbəli geyim, ətriyyat, çanta, aksessuarlar |
Təsis tarixi | 1913[2] |
Baş qərargahın yeri | FransaParis |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ € 6.3 milyon |
Xalis mənfəəti | € 1.56 milyon |
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 1270 |
Rəhbərlik | |
Təsisçi | Koko Şanel |
www.chanel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə.[6]