Cin Kennedi Smit
From Wikipedia, the free encyclopedia
Cin Enn Kennedi Smit (tam adı: ing. Jean Ann Kennedy Smith; 20 fevral 1928[2][3], Boston – 17 iyun 2020[4][5][…], Nyu-York, Nyu-York ştatı[6]) — ABŞ diplomatı, fəal, yazar, ABŞ-nin İrlandiyadakı səfiri (1993-1998). Kennedi ailəsinin üzvüdür: Cozef Patrik Kennedi və Roza Kennedinin ailəsində dünyaya göz açıb. Doqquz övladdan səkkizincisi və yaşca ailənin ən kiçik qızıdır. Prezident Con Kennedi, Senator Robert Frensis Kennedi, Senator Ted Kennedi və Xüsusi Olimpiadanın yaradıcısı Yunis Kennedi Şrayverin bacısıdır.
Cin Kennedi Smit | |
---|---|
ing. Jean Ann Kennedy Smith[1] | |
Şəxsi məlumatlar | |
Doğum adı | Jean Ann Kennedy |
Doğum tarixi | 20 fevral 1928(1928-02-20)[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyun 2020(2020-06-17)[4][5][…] (92 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | diplomat |
Atası | Cozef Patrik Kennedi[2][7] |
Ailəsi | Kennedi ailəsi |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ-nin İrlandiyadakı səfiri olarkən Smit, Şimali İrlandiya sülh prosesində Prezident Bill Klintonun Dublindəki nümayəndəsi kimi çıxış etmişdir. ABŞ hökumətindən Şinn Feyn partiyasının sədri Cerri Adams üçün viza verilməsini xahiş etdiyinə görə sərt tənqid edilmişdi. Halbuki Smitin ailəsi iddia edirdi ki, onun bu addımı İrlandiya Respublikaçı Ordusunun 1994-cü ildə atəşkəs elan etməsində təsirli olmuşdu. İrlandiya Prezidenti Meri Makelis ölkədəki xidmətlərinə görə 1998-ci ildə Smitə fəxri İrlandiya vətəndaşlığı vermişdi.
Smit, sağlamlıq imkanları məhdud insanların incəsənətlə məşğul ola biləcəyi cəmiyyətin yaradılmasını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış qeyri-hökumət təşkilatı "Çox Xüsusi İncəsənət"-in (ing. Very Special Arts) təsisçisidir. 2011-ci ildə Prezident Barak Obama tərəfindən həmin təşkilatdakı fəaliyyətinə və əlillərə qayğısına görə ABŞ-nin vətəndaşlara təqdim edilən ən yüksək mükafatı olan Prezident Azadlıq medalı ilə təltif edilmişdir.